Gülhanə Hərbi Tibb Akademiyasına qəbul elan olunub
19 İyul 2011 Çərşənbə Axşamı 18:25
Gülhanə Hərbi Tibb Akademiyasına qəbul elan olunub. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dən 25-dək TQDK-ya müraciət etməlidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci təlim-tədris ili üzrə kurs planına əsasən, 2011/2012-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müdavimlərin qəbulu üçün müsabiqə elan edib. TQDK-nın saytında yer alan məlumata görə, qəbul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Baş Qərargahı arasında imzalanmış 2011/2012-ci təlim-tədris ili üzrə kurs planına əsasən aparılır.
Müsabiqədə 2011-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə təqdim olunacaq.
Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Təhsil müddətində pulsuz yemək, geyim forması, yataqxana, eləcə də təqaüdlə təmin olunur.
Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili QoşunlarındaI kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qadada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dən 25-dək TQDK-ya müraciət etməlidir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: