Təhsil

GTZ yerli təlimçilər hazırlayacaq

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti “Management Traninq” Proqramı çərçivəsində təlimlərə başlayıb.

· Xəbərçi
GTZ yerli təlimçilər hazırlayacaq
İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Management Traninq” Proqramı çərçivəsində təlimçilər üçün təlimlərə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Bakı şəhərində və regionlarda “Layihələrin idarə edilməsi” kursu üzrə sahibkarların maarifləndirilməsi üçün yerli təlimçilərin hazırlanmasıdır.

GTZ-nin ekspertləri tərəfindən keçirilən təlimdə Bakı Biznes Tədris Mərkəzinin və müxtəlif təşkilatların 20-ə yaxın əməkdaşı iştirak edir. Təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcək. Təlim sabah noyabrın 3-ə qədər davam edəcək.

“Management Traninq” Proqramına əsasən, təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər noyabrın 11-də Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün “Layihələrin idarə edilməsi” kursu üzrə davamlı təlimlər keçirəcəklər. Bu cür təlim kurslarının regionlarda da təşkil edilməsi nəzərdə tutulur. ANSPRESS

Şərhlər