Göyçay şeherinde 2119 abituriyent imtahan verib
25 Avqust 2013 Bazar 19:44
Göyçay şeherinde 1 ve 7 nömreli orta mekteblerde keçirilen imtahanlarda Ucar, Ağsu, Kürdemir, Göyçay, Zerdab, İsmayıllı ve Ağdaş rayonlarından olan abuturiyentler iştirak edibler.
Göyçay şəhərində 2013-2014-cü tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilib. Şəhərdəki 1 və 7 nömrəli orta məktəblərdə keçirilən imtahanlarda Ucar, Ağsu, Kürdəmir, Göyçay, Zərdab, İsmayıllı və Ağdaş rayonlarından 2119 abituriyent iştirak edib.

AzərTAc xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara ciddi hazırlıq görülüb, imtahan otaqları hər cür şəraitlə təmin edilib, nəzarətçilər üçün seminar təşkil olunub.

İmtahanlarda abituriyentlərə ana dili, riyaziyyat və Azərbaycan tarixi fənlərinin hər birindən 15 sual olmaqla ümumilikdə 45 sual təqdim edilib. TQDK nümayəndələrinin rəhbərlik etdikləri imtahanlar saat 11-də başlayıb və 1 saat 30 dəqiqə davam edib.

İmtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar