Gəncədə "Karyera həftəsi" keçiriləcək
14 Mart 2010 Bazar 19:20
Gəncədə "Karyera həftəsi" keçiriləcək. Təşəbbüs "Gələcəyə körpü" İctimai Birliyi tərəfindən irəli sürülüb.
“Gələcəyə körpü” İctimai Birliyinin dəstəyi ilə martın 15-dən 18-dək Gəncədə “Karyera həftəsi” keçiriləcək. Gənclərin karyeralarını qurmasında, eləcə də ixtisas və peşə seçimində onlara istiqamət vermək məqsədilə keçiriləcək tədbirdə müxtəlif peşə sahibləri ilə görüşlər keçiriləcək, iştirakçılara jurnalistika, kiçik biznes, tərcüməçilik, poçt, mehmanxana, bank işi və digər peşələr üzrə ətraflı məlumat veriləcək.

Bundan əlavə, həftə ərzində keçirilən görüşlərdə “Gələcəyə körpü” İctimai Birliyinin nəzdəndə fəaliyyət göstərən gənclərin resurs mərkəzinin əməkdaşları tərəfindən peşə kursları, iş və təcrübə üzrə yerləşdirmə proqramları təşkil olunacaq. İş axtaranlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər mərkəzin xidmətləri barədə də ətraflı məlumatlandırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar