Gələn il 33 məktəb və əlavə korpus tikiləcək
02 İyun 2009 Çərşənbə Axşamı 13:55
16 məktəb əsaslı təmir ediləcək

 

Gələn il ölkə ərazisində 33 yeni məktəb və əlavə korpus tikiləcək, 16 məktəb isə əsaslı təmir olunacaq. Bunu bu gün keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib ki. Nazir həmçinin qeyd edib ki, ötən il ərzində150 yeni məktəb və əlavə korpus tikilib, 121 məktəb təmir olunub, istilik sistemi yenidən qurulmuş və təmir edilmiş orta ümumtəhsil məktəblərinin sayı isə 177-yə çatıb. "Uşaq bağçalarına gəlincə, ötən il 16 yeni uşaq bağçası tikilib, 19 uşaq bağçasında isə əsaslı təmir işləri görülüb" - deyə nazir qeyd edib.

Esmira Cavadova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar