"Eurovision"la bağlı Bakı məktəblərində bir həftəlik tətil olacaq
18 May 2012 Cümə 15:19
Paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə dərs olmayacaq
"Eurovision-2012" müsabiqəsi ilə bağlı may ayının 21-dən Bakı şəhərindəki orta məktəblərdə bir həftəlik tətil olacaq. Bu barədə məlumatı Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib. Onun sözlərinə görə, paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə bir həftə dərs olmayacaq. Bu hal məktəblilərin təhlükəsizliyi və mərkəzdə yarana biləcək tıxacların qarşısını almaq məqsədi daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar