Esse müsabiqəsinin nəticələri aşıqlanıb
14 İyul 2011 Cümə Axşamı 22:24
"British Midland International" və “Kaspi” Təhsil Mərkəzinin birgə keçirdiyi müsabiqənin qalibi elan edilib.
Böyük Britanıyanın “British Midland International” (bmi) aviaşirkəti və “Kaspi” Təhsil Mərkəzi tələbələr arasında “Londonda təhsil almağın üstünlüyünü izah və misallarla sübut et” mövzusunda ən yaxşı esse müsabiqəsinin nəticələrini elan ediblər. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan gəncləri böyük maraqla 400 000 tələbənin təhsil aldığı London şəhərində oxumaq barəsində fikirləri ilə bölüşüblər.

Müsabiqədə 18-dən-30 yaşına kimi olan hər bir şəxs iştirak edə bilərdi. Nəticədə 40 tələbə iyunun 25-də özlərini sınamağa qərar verdilər. Müsabiqənin qalibi ən çox ball toplamış və mövzunu daha dürüst açmış Tural Quliyev olub. Qalibə “bmi” aviaşirkəti tərəfindən London şəhərinə ekonom dərəcəli bilet təqdim edilib.

İkinci, üçüncü və dördüncü yerlərin sahibləri “bmi” şirkətinin qiymətli mükafatları ilə təltif olunublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar