Təhsil Nazirliyinin qaynar xəttinə 35 məktəblə bağlı şikayət daxil olub. Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı ANS PRESS-ə müsahibəsində deyib. Neqativ hallara yol verilən məktəblər isə bunlardır: 35 saylı Ağdam qaçqın məktəbi, Bakının 204, 17, 263, 171, 8, 46, 245, 42, 154, 160, 83, 102, 126, 3, 135, 72, 96, 74 , 286, 20, 167, 282, 208, 79, 275, 242, 255, 45, 36, Sumqaytı şəhərinin 5, 1, 11,13,32 saylı orta məktəbləri.
Zəminə Əliqızının sözlərinə görə, hazırda bu şikayətlər araşdırılır. «Məlumatlar dəqiqləşərsə, həmin məktəb direktorlarının hamısının işdən çıxarılması baş verə bilməz. Onlara qarşı intizam tədbiri həyata keçiriləcək». O bildirib ki, bu məsələ ilə bağlı yaxın günlərdə Təhsil Nazirliyində iclasda keçiriləcək və iclasın nəticələri barəsində ictimaiyyətə məlumat veriləcək.
Təhsil İdarəsinin rəsmisi növbəti dəfə əhaliyə müraciət edib. O, qeyd edib ki, Təhsil Nazirliyi dəfələrlə valideynlərə heç bir halda hər hansı məsələ ilə bağlı heç kimə pul və ya hədiyyə verməməyə çağırıb. /ANS PRESS/