Əlillələrə iş imkanı
22 Oktyabr 2014 Çərşənbə 09:59
Əlillələrə iş imkanı. Dövlət Məşğulluq Xidməti 2982 nəfər işsiz və işaxtaran vətəndaşı kurslara cəlb edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.

ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil edilib.

Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb.

Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar