Elektrik enerjisi istehsalı artıb
09 İyul 2012 Bazar Ertəsi 22:07
“Azərenerji”: “6 aya 11,1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib”.
Yanvar-iyun aylarında "Azərenerji" ASC 11,1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 10 milyard kilovat-saatdan çox təşkil edib.

Belə ki, yanvar-iyun aylarında istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 9,9 milyarda yaxını istilik elektrik stansiyalarının, 1,2 milyard kilovat-saatdan çoxu isə su elektrik stansiyalarının payına düşüb.

"Azərenerji" iyunda 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Ötən ilin iyununda bu rəqəm təqribən 1,3 milyard kilovat-saat olub.

İyun ayı ərzində, həmçinin Rusiya, Türkiyə, İran və Gürcüstanla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar