Dövlət Sərhəd Xidmətində oxumaq istəyənlərin nəzərinə!
30 İyul 2012 Bazar Ertəsi 14:32
Dövlət Sərhəd Xidmətində oxumaq istəyənlərin nəzərinə! I ixtisas qrupu üzrə 150 baldan yuxarı yığanlar avqustun 4-dək sənədlərini DSX-ya təqdim etməlidir.
TQDK Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin Dövlət Sərhəd Xidmətinin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.

Müsabiqə aşağıda göstərilən ixtisaslar üzrə aparılacaq:

Uçuş mühəndisliyi
Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
Mexanika mühəndisliyi

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq arzusunda olan namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədlərlə DSX aparatının inzibati binasına (ünvan: Zərifə Əliyeva küçəsi, 30; tel: (012) 498 01 43)müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar