Dövlet Pedaqoji Universitetindeki etiraz aksiyası ile bağlı açıqlama
21 Oktyabr 2013 Bazar Ertəsi 15:55
Dövlet Pedaqoji Universiteti terefinden imtahanların keçirilmesi formasında her hansı deyişikliyi Tehsil Nazirliyi tesdiq etmeyib.
Azərbaycan Dövlər Pedaqoji Universitetindəki aksiya ilə bağlı Təhsil Nazirliyi açıqlama verib. Nazirliyin ictimaətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitet tərəfindən sərbəst seçilə bilər.

“Hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi Təhsil Nazirliyi təsdiq etməyib”, - deyə Cəsarət Valehov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar