Dövlət mənə nə edib?
20 May 2011 Cümə 11:30
Xaricdə təhsil alan tələbələr haqqında debatlar olacaq.
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq (“Soruşma: “Dövlət mənə nə edib?”, “Sən ölkən üçün nə etmisən?”) mövzusunda debatlar aparılacaq. Debatlar mayın 21-i saat 14.00 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olacaq. SAM-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, debatlarda xaricdə təhsil alan tələbələrin ictimai təşkilatın (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər, eləcə də məsələ ilə bağlı ekspertlər iştirak edəcək.
Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
Qeyd edək ki, Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə debatlar keçirilir. Debatların keçirilməsində məqsəd – gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətini inkişaf etdirməkdir.
İlk debatlar “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, “Tələbə gənclər: gözləmələr, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər”, “Gənclər və Azərbaycanda elmi inkişaf” mövzusunda aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: