Dövlət İqtisad Universitetində məzun yarmarakası keçirilib
26 May 2009 Çərşənbə Axşamı 16:30
Yarmarkada İqtisad Universitetini bitirmiş 2 minə yaxın məzun iştirak edib

Bu gün Dövlət İqtisad Universitetində məzun yarmarakası keçirilib. Yarmarkanın keçirilməsində məqsəd ali məktəblərdə təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməklik göstərilməsidir. Yarmarkada 60-dan çox şirkət boş iş yerlərini təqdim edib. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin sözlərinə görə, təklif olunan işlərdə minumum əmək haqqı 350 manatdır. Bu yarmarkada təkcə İqtisad Universitetini bitirmiş 2 minə yaxın məzun iştirak edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar