Doktoranturaya sənəd qəbulunun vaxtı açıqlanıb
13 İyul 2011 Çərşənbə 15:33
Doktoranturaya sənəd qəbulunun vaxtı açıqlanıb. Elan avqustun 15-dən 20-dək veriləcək.
Azərbaycanda doktoranturaya sənəd qəbulunun vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov qəbulla bağlı elanın avqustun 15-dən 20-dək veriləcəyini deyib. O, qəbul qaydalarına uyğun olaraq, elan çıxandan bir ay müddətində sənəd qəbulu aparılacağını deyib. Sənədlərin qəbulundan sonra isə qəbul imtahanlarının keçiriləcəyi günlər elan ediləcək.
Vitse-prezident qeyd edib ki, doktoranturaya qəbul Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana uyğun aparılacaq. Onun sözlərinə görə, əgər hansısa müəssisə daxilində olan yerlər dolmasa, plan yerləri qalmaq şərti ilə başqa ixtisaslar üzrə ixtisas dəyişməyə icazə veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: