Diplom xetrine oxuyanlar işsiz qalacaqlar
03 Oktyabr 2013 Cümə Axşamı 14:31
Nazir müavini Ceyhun Bayramov gencleri diplomla yanaşı bilikli olmağa daha çox üstünlük vermeye çağırıb.
"Ölkədə real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq". Təhsil nazirinin müavini Ceyhun Bayramov “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında ölkədə real bilik defisiti olduğunu deyib. "Hesab edirik ki, cəmiyyətdə bu tendensiya getdikcə dərinləşəcək”.
Nazirlik rəsmisi tələbələrin diplom xatirinə təhsil almamalı olduğunu deyib. "Onlar diplomla yanaşı bilikli olmağa daha çox üstünlük verməlidirlər ki, işlə də təmin oluna bilsinlər. Təhsil müəssisələri real olaraq yaxşı keyfiyyətli təhsil verə bilirsə, onun kadrların hər zaman ehtiyac yaranacaq".
DOSTLARINLA PAYLAŞ: