Dillər Universitetinin keçmiş rektoru Zemfira Verdiyeva vəfat edib
08 Noyabr 2010 Bazar Ertəsi 09:55
Zemfira Verdiyeva onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Tanınmış ictimai xadim, Azərbaycan Dillər Universitetinin keçmiş rektoru Zemfira Verdiyeva vəfat edib. Z. Verdiyeva ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Xatırladaq ki, Z.Verdiyeva xarici dillər üzrə ilk qadın elmlər doktoru olmaqla yanaşı, professor, Milli Elmlər Akademiyasının müxbir üzvüdür. O, İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998 - 2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq görülüb. Respublika Qadınlar Cəmiyyətinin sədri olub.

Allah rəhmət eləsin!
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar