Dillər Universitetində yeni ixtisaslar açıldı
12 Sentyabr 2011 Bazar Ertəsi 14:06
Bakalavr pilləsi üzrə iki yeni, magistr pilləsi üzrə isə üç yen ixtisas yaradılıb
2011-2012-ci tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları açılıb. ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə Dillər universitetində təhsil alacaqlar.
Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
Xatırladaq ki, ADU 2005 – 2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq olunub.
Qeyd edək ki, bu il Dillər Universitetinə 1000-dən çox tələbə birinci kursa qəbul olunub.
DOSTLARINLA PAYLAŞ: