Daxili işlər orqanlarına imtahanın nəticələri açıqlandı
12 Mart 2011 Şənbə 15:31
Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq üçün 108 nəfər imtahan verib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu gün daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb. Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün namizədliyi qeydə alınan 108 nəfərin hamısı imtahanda iştirak edib. Namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 86 bal olub.
Müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.
DOSTLARINLA PAYLAŞ: