Çin ve Rusiyada oxuyacaq telebelerin sayı açıqlandı
28 Avqust 2013 Çərşənbə 11:24
Tehsil Nazirliyinde Çin ve Rusiyada tehsil alacaq telebelerle görüş keçirilib.
2013-2014-cü tədris ilində Rusiyanın ali məktəblərində 27, Çinin ali məktəblərində isə 18 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil almaq hüququ əldə edib. Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlikdə adıçəkilən ölkələrdə müvafiq ikitərəfli sənədlər əsasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilib.
Görüşdə tələbələr təbrik olunub və onlara təhsildə uğurlar arzu edilib. Həmin tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanı layiqincə edəcəklərinə və vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə töhfə verəcəklərinə əminlik ifadə olunub.
Daha sonra görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilib.
DOSTLARINLA PAYLAŞ: