Bütün orta məktəb müəllimlərinin sənədləri araşdırılır
14 Oktyabr 2011 Cümə 12:30
Misir Mərdanov: Saxta diplomlu insanların məktəblərdə işləməsinə şərait yaradanlar cəzalandırılacaq.
“İnsanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq”. APA-nın məlumatına görə, bunun təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, hazırda bütün ölkə üzrə müəllimlərin sənədləri araşdırılır: “Məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil. Təəssüf ki, belə hallarla qarşılaşırıq”.

M. Mərdanov bildirib ki, nazirlik bu məsələdə Respublika Prokurorluğu ilə birgə araşdırma aparır: “Hələlik rayon-rayon araşdırırıq. Kimin bizdən narazı olub-olmamasına baxmayaraq, saxta diplomluları işdən azad edəcəyik”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar