Buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərin və abituriyentlərin nəzərinə!
28 Aprel 2012 Şənbə 11:00
Buraxılış sinfini başa vuranlar şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər.
2012/2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi). Bu barədə ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər.

Xatırladırıq ki, TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar