Buraxılış imtahanlarının vaxtı dəyişdirildi
11 İyun 2010 Cümə 11:00
IX siniflər üzrə buraxılış imtahanları iyunun 18-də olacaq.
Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, imtahanlar iyun ayının 14-dən 18-nə keçirilib.
Qeyd edək ki, dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi ilə əlaqədardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar