Buraxılış imtahanlarının tarixləri açıqlandı.
14 May 2012 Bazar Ertəsi 12:32
İmtahanlar iyula kimi uzadılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün IX və XI 9 sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə XI sinif , iyunun 3-də IX sinif şagirdləri imtahan verəcəklər.

Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri üçün imtahan keçiriləcək.

Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyulun 4-də saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

M. Abbaszadənin sözlərinə görə, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar