Buraxılış imtahanlarının nəticələri açıqlandı
05 İyun 2012 Çərşənbə Axşamı 14:40
Nəticələr komissiyanın internet saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-ci il iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, nəticələr bu gün saat 14:20-dan etibarən internet saytında yerləşdirilib.

Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 2-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar