Buraxılış imtahanlarında dəyişiklik olmayacaq
14 Fevral 2013 Cümə Axşamı 16:58
Məleykə Abbaszadə: "Bu il də buraxılış imtahanlarında testlər və yazı işləri olacaq"
Bu il Azərbaycanın orta məktəblərində mərkəzləşmiş buraxılış imtahanları ötən ilki qaydalar əsasında keçiriləcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib. Hələ Nazirlər Kabineti tərəfindən buraxılış imtahanlarına dair yeni qaydalar təsdiq olunmadığını deyən TQDK rəsmisi layihənin Təhsil Nazirliyi və TQDK arasında hazırlandığını vurğulayıb.

"Hələlik ortaq variant olmadığından ötənilki qaydalar təsdiq edilib. Bu il də buraxılış imtahanlarında testlər və yazı işləri olacaq. Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötənilki qaydalara əsasən keçiriləcək”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar