"Bu ilki məzunların 28,1 faizi imtahanda 100-dən az bal toplayıb"
12 Avqust 2011 Cümə 13:31
Bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib
Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 2011-ci il məzunlarının 28,1 faizi 0-100 arasında bal toplayıb. Məzunların 22 faizi isə 100-200 bal arası nəticə göstərib. Bu rəqəmləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sərdi Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, bu il attestat qiyməti “3” olan abituriyentlərin 87,8 faizi 100 baldan çox toplaya bilməyib: “Amma həmin şəxslər orta məktəblərdən attestat alıblar. Attestat qiyməti 4 və 4 yarım olan abituriyentlərin 11,6 faizi 0-100 bal arası nəticə göstərib. Halbuki 4 və 4 yarım attestat qiyməti çox böyük nəticədir. Bu il neçə min nəfər attestat almayıb. Bəs görəsən attestat almayanlar hansı nəticə göstəriblərmiş? Buraxılış imtahanlarında 0-150 bal toplayan məzunlar ali məktəblərə qəbul prosesinə gəlib çatmamalıdır. Onlar gərək buraxılış imtahanlarında kəsilsin. Çünki bilirik ki, bu nəticələr məktəbdə “2” deməkdir”.

M. Abbaszadə qeyd edib ki. bu il orta məktəbləri qızıl medalla bitirən məzunların isə topladıqları orta bal 500-dən yuxarı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar