Bu il I sinifə 124274şagird qəbul ediləcək
25 May 2011 Çərşənbə 16:11
Bu il I sinifə 124274 şagird qəbul ediləcək. Ali məktəblərin isə 20 mindən artıq məzunu olacaq.
2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirəcək. Təhsil Nazirliyinin mətbuat xidmətinn məlumatına görə, bu göstərici ötən il 98800 nəfər təşkil edib.

Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98113 tələbə oxuyur. Onlardan 90360 nəfəri bakalavriat, 7753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Ali məktəblərin son kurslarında 24088 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3405 nəfərini isə magistrlər təşkil edir.

Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19753 tələbə təhsil alır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar