Bu il ən çox abituriyent I qrupa sənəd verib
05 İyun 2009 Cümə 13:00
Ən böyük müsabiqə isə IV qrupda olacaq - 1 yerə 5 nəfər

 

Bu il ali məktəblərə sənəd verənlər arasında I qrupda təhsil almaq istəyənlər üstünlük təşkil edir. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O, bu il adıçəkilən qrup üzrə 36 min 225 nəfər abituriyentin ərizələrini təsdiqlədiyini bildirib. Bu isə qrup üzrə keçiriləcək müsabiqədə bir yer üçün 4,1 adamın mübarizə aparması deməkdir. İkinci yerdə isə III qrup gəlir 36, 110  (bir yerə 3,8 adam). II qrupa 25.354 (1 yerə 3,5 nəfər), IV qrupa 16.587 (1 yerə 5 nəfər) abituriyent sənəd verib.  
Ötən illə müqayisədə bu il abituriyentlərin sayında da azalma müşahidə edilib. Qurum sədrinin sözlərinə görə, bu il orta məktəblərin XI sinfini bitirənlərin sayının 5 min nəfər azalması abituriyentlərin sayına da təsir göstərib. Belə ki, ali məktəblərə 2 min nəfər az adamın sənəd verdiyi müşahidə olunub. Qeyd edək ki, bu il ali məktəbələrə sənəd verən 114 mindən artıq abituriyentin 68-minə yaxını cari ilin məzunlarıdır.

Kəmalə Məmmədova /ANS PRESS/    

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar