Bu il 102 adda dərslik və müəllim üçün metodik vəsait çap olunuub
01 Sentyabr 2011 Cümə Axşamı 16:32
Dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib
2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Təhsil Nazirliyindən verilən məlumata görə, bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənmiş 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanmış 24 adda dərslik daxildir. Bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
Qeyd edək ki, IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün “Zoologiya”, “İnformatika”, “Fizika”, “Rus dili”, VIII siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, “Zoologiya”, “Rus dili”, “Fransız dili”, IX siniflər üçün “Yeni tarix”, “Rəsmxət”, “İnsan (Biologiya)”, “Rus dili”, “Fransız dili”, X siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışaqədərki hazırlığı” və “Rus dili” dərslikləri yenidən nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.
DOSTLARINLA PAYLAŞ: