Bu gün texnikumlara qəbul imtahanı keçirilir
28 Avqust 2011 Bazar 12:11
9 illik orta ixtisas təhsili müəssisələrinə 31251 abituriyent qeydiyyatdan keçib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında 9 illik orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir. 9 illik texnikuma 31251 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. Texnikumlara 635 ixtisas üzrə 46 orta ixtisas təhsil müəssisəsinə qəbul aparılır. 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer isə birgə müsabiqə aparılan ixtisaslara aiddir. İmtahan nəticələrinin emalına sentyabrın birindən başlanacaq və sentyabrın üçünə qədər cavabların elan olunacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: