Bu gün sonuncu imtahandır
23 İyul 2010 Cümə 09:25
II ixtisas qrupu üzrə 28072 abituriyent ərizə təqdim edib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci təhsil ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə son, II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılır. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib.
Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.
Abituriyentlər imtahana 2 sənəd gətirirlər. Bunlar "imtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əslidir.
Qeyd edək ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: