Bu gün növbəti buraxılış imtahanları keçirilir
13 İyun 2012 Çərşənbə 10:16
İmtahan Gəncə-Qazax bölgəsini əhatə edir.
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahan Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün olacaq.
İyunun 13-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, elə həmin gün saat 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər. Buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb.
Adı çəkilən rayonlar üzrə 11382 nəfər XI sinif şagirdinin (Gəncə şəhərində 2115, Daşkəsən rayonunda 242, Göygöl rayonunda 673, Samux rayonunda 656, Naftalan rayonunda 71, Goranboy rayonunda 1270, Şəmkir rayonunda 2289, Gədəbəy rayonunda 699, Ağstafa rayonunda 900, Qazax rayonunda 868, Tovuz rayonunda 1599 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 16681 nəfər IX sinif şagirdinin (Gəncə şəhərində 3114, Daşkəsən rayonunda 436, Göygöl rayonunda 1002, Samux rayonunda 849, Naftalan rayonunda 87, Goranboy rayonunda 1729, Şəmkir rayonunda 3164, Gədəbəy rayonunda 1336, Ağstafa rayonunda 1175, Qazax rayonunda 1323, Tovuz rayonunda 2466 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.
DOSTLARINLA PAYLAŞ: