Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
18 İyun 2012 Bazar Ertəsi 10:07
Saat 10:00-da XI siniflər, 15:00- da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun bu gün növbəti buraxılış imtahanları keçirəcək. İmtahanlar Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün olacaq.

Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

İyunun 13-də adı çəkilən rayonlar üzrə 11188 nəfər XI sinif şagirdinin (Xocavənd rayonunda 42, Yevlax rayonunda 1137, Ağcabədi rayonunda 1256, Ağdam rayonunda 779, Bərdə rayonunda 1583, Tərtər rayonunda 735, İmişli rayonunda 1224, Saatlı rayonunda 791, Sabirabad rayonunda 1737, Füzuli rayonunda 594, Zərdab rayonunda 513, Beyləqanda rayonunda 797) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İmtahan keçiriləcək rayonlar üzrə 18621 nəfər IX sinif şagirdinin (Xocavənd rayonunda 52, Yevlax rayonunda 1463, Ağcabədi rayonunda 2400, Ağdam rayonunda 1429, Bərdə rayonunda 2741, Tərtər rayonunda 1109, İmişli rayonunda 1755, Saatlı rayonunda 1519, Sabirabad rayonunda 3167, Füzuli rayonunda 800, Zərdab rayonunda 724, Beyləqanda rayonunda 1462) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar