Bu gün magistraturalara qəbul imtahanlarının ikinci mərhələsidir
26 İyun 2011 Bazar 04:50
Bu gün magistraturalara qəbul imtahanlarının ikinci mərhələsidir. 5 min 815 yer uğrunda 7 min 863 bakalavr mübarizə aparacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanın ikinci mərhələsini keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 16-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq ediblər. Ərizələrin təsdiqlənməsi üçün ayın 15-nə kimi qoyulan müddət başa çatdığında yalnız 4 min bakalavr ərizəsini təsdiqlədib. Buna görə də proqam seçimi və ərizələrin təsdiqlənməsi üçün nəzədə tutulan vaxt bir gün də uzadıldı. Nəticədə 7 min 863 bakalavr ərizəsini təsdiqlədib. Onlardan 6 min 809 nəfəri Azərbaycan, 1057-si isə rus bölməsinin məzunudur. Bakalvrların 3 min 744-ü qızlar, 4 min 122-si isə oğlanlardır. 4 min 936 nəfər builki, 2930 nəfər isə əvvəlki illəprin məzunlarıdır. Təsdiqlənməyən 183 ərizədən 17 ərizə sahibi proqram seçimini düzgün etdiklərinə görə vaxt başa çatsa da, onların də ərizəsi təsdilənib.
Bu il ötən illə müqayisədə ali məktəblərin magistraturalarına imtahan vermək üçün ikinci mərhələyə buraxılan bakalavrların sayı çoxdur. 2010-cu ildə ikinci mərhələdə 6 min 608 bakalavr imtahan vermişdi. Ötən illə müqayisədə bu il qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin sayında 10 faiz artım var. Belə ki, 2010-cu ildə plan yerlərinin sayı 5242 olduğu halda, 2011-ci ildə 5815 plan yeri ayrılıb.
Müsabiqə vəziyyətinin yüksək olacağı ixtisaslar pedaqoqiqa və metodikadır. Bu ixtisaslar üzrə bir yer uğrunda 530 bakalavr mübarizə aparmalı olacaq. Aqranomluq, baytarlıq, zootexnika kimi ixtisasları da kifayət qədər bakalavr seçib. Müsabiqə vəziyyəti aşağı olan ixtisaslar da var. Xoreoqrafiya üzrə 2-ci mərhələyə keçən olmayıb. Dəmiryolu nəqliyyatı, daşımaların təşkili, dəniz texnikası kimi proqramlarda isə müsabiqə vəziyyəti aşağıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: