Bu gün keçirilən qəbul imtahanlarında 29 həkim növbə çəkir
14 İyul 2012 Şənbə 10:28
Onlar qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar 29 məntəqədə dayanıblar.
Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 87 işçisi imtahan təcili tibbi yardımın göstərilməsi prosesinə cəlb olunub. Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 09:10 radələrindən Bakıdakı imtahan keçirilən 29 binanın qarşısında təcili tibbi yardım maşınları dayanıb. Hər bir bina üçün bir həkim, bir feldşer ayrılıb. Təcili Tibbi yardım maşınları xüsusi tibbi avadanlıqlarla tamə təchiz olunub. Həkimlərə əlavə olaraq dərmanlarla təmin olunmuş tibbi çanta da verilib.
Qeyd edək ki, imtahan saat 11-də başlayır və 3 saat davam edir. İmtahan bitənə qədər həkimlər ərazilərdə növbə çəkəcəklər.
Xatırladaq ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Bu gün Bakıda 17 797 abituriyent imtahan verəcək.
DOSTLARINLA PAYLAŞ: