Bu gün informatika müəllimliyi ixtisası üzrə imtahan kekirilir
25 Avqust 2011 Cümə Axşamı 10:39
İmtahan səhər saat 9.00-dan axşam saat 18.00-dək davam edəcək
Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu günki imtahan informatika müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

Verilən məlumata görə, imtahan səhər saat 9.00-dan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq. Müəllimlər imtahan başa çatan kimi topladığı balı monitordan öyrənə biləcəklər.

Qeyd edək ki, hazırda ölkədə informatika müəllimliyi ixtisası üzrə 188 vakant yer var. Vakant yerlərdən 29-u Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 440 nəfər ərizə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar