Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanıdır
11 İyul 2010 Bazar 09:25
Qrup üzrə ən yaşlı abituriyentin 56 yaşı var.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-dan verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılır. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 44, Gəncə şəhərində 7, Sumqayıt şəhərində 8, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

2010-cu ildə I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32992 nəfəri Azərbaycan bölməsinin, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfərini oğlanlar, 14222 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici ölkələrin vətəndaşıdır. 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
1191 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.Ən yaşlı abituriyent 1954 -cü ildən, ən gənc isə 1996-cı ildəndir.
Bakı şəhərində 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda isə 4346 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılır. Abituriyentlər imtahana 2 sənəd gətirirlər - imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini.

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar