Bu gün coğrafiya ixtisası üzrə müəllimlərin imtahanıdır
26 Avqust 2011 Cümə 10:07
İmtahan səhər saat 9.00-dan axşam saat 18.00-a qədər davam edəcək
Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, imtahan coğrafiya müəllimliyi ixtisası üzrədir. Həmişəki kimi, imtahan Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

İmtahan səhər saat 9.00-dan axşam saat 18.00-a qədər davam edəcək. Müəllimlər kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandırmalıdırlar. İmtahan başa çatan kimi hər bir şəxs topladığı balı monitor vasitəsilə öyrənə biləcək.

Qeyd edək ki, hazırda ölkədə coğrafiya müəllimliyi ixtisası üzrə 261 vakant yer var. Onlardan 17-si Bakı şəhəri, 244-ü isə regionlardadır. Coğrafiya ixtisası üzrə vakant yerlərə 408 nəfər ərizə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar