Bu gün biologiya müəllimliyi üzrə imtahan keçirilir
17 Avqust 2011 Çərşənbə 11:53
Vakant yerlərə 436 nəfər ərizə verib
Bu gün biologiya müəllimliyi ixtisası üzrə imtahan başlayıb.İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək.

Hər bir namizədə sualları cavablandırmaq üçün bir saat vaxt ayrılıb.

Hazırda ölkədə biologiya müəllimliyi ixtisası üzrə 166 vakant yer var. Vakant yerlərdən 10-u Bakı şəhəri, 156-sı isə digər şəhər və rayonlar üzrədir. Vakant yerlərə 436 nəfər ərizə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar