Bu gün 10275 abituriyent imtahan verəcək
22 May 2011 Bazar 09:50
TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirir.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirəcək. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imtahanda 10275 abituriyentin iştirakı nəzərdə tutulur: Bakı şəhərində 7154 , Naxçıvanda 32 , Gəncədə 1515, Sumqayıtda 531, Şəkidə 277, Lənkəranda 209, Qubada 557 nəfər.

İmtahan Bakı şəhərində 12, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahan bütün şəhərlərdə eyni vaxtda: saat 14:00-da başlanır.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Mayın 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər 2011-ci il iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar