Böyük Britaniya viza qaydalarını sərtləşdirir
01 Aprel 2009 Çərşənbə 17:10
Təhsil zamanı çoxlarının tələbə vizalarından başqa məqsədlərlə istifadə etməsi səbəbindən Böyük Britaniya hökuməti bu sistemi təkmilləşdirmək qərarına gəlib

Aprelin 1-dən etibarən Böyük Britaniyada tələbə vizalarının alınması üçün yeni sistem tətbiq olunacaq. "Tier-4" sistemi qanunsuz viza alınması hallarına qarşı yönəlib. Bu barədə məlumatı keçirdiyi mətbuat konfrasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bildirib.
Viza məsələləri üzrə sərhəd xidmətlərinin xüsusi nümayəndəsi Yan Anderfilin sözlərinə görə isə, ötən il uzunmüddətli tələbə vizalarının alınması üçün 260 azərbaycanlı müraciət edib ki, onların da 215-i viza alıb. Qısamüddətli tələbə vizasının alınması üçün isə 590 azərbaycanlı müraciət edib ki, onlardan 440 nəfəri viza ilə təmin olunub.
Onun sözlərinə əsasən, ötən il Böyük Britaniyada 358 min əcnəbi tələbə təhsil alıb. Təhsil zamanı çoxlarının tələbə vizalarından başqa məqsədlərlə istifadə etməsi səbəbindən Böyük Britaniya hökuməti bu sistemi təkmilləşdirmək qərarına gəlib. Viza almaq üçün pasport, ali məktəbdən alınmış ərizə, maliyyə imkanları və ali məktəbə daxil olmanı təsdiqləyən sənədlər vacibdir. Sənədlər Böyük Britaniya səfirliyinə təqdim edilməli və barmaq izinin götürüldüyü tarix təyin edilməlidir. Tələbə vizasının dəyəri 182 manat təşkil edir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar