Biznes ideyası yarat və öz biznesinə başla
07 May 2011 Şənbə 20:07
Bakıda Biznes ideyası yarat və öz biznesinə başla mövzusunda tələbələrə təlim kursları keçirilir.
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim kurslarına başlanılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində keçirilən kurslar dünya təcrübəsində qəbul edilmiş metodologiya və interaktiv metodlar əsasında keçirilir.

Təlim kurslarının təşkilində məqsəd gənclərə biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində zəruri nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasıdır.

3 gün davam edəcək təlim kurslarında iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumatlar veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar