Birinci sinife gedecek uşaqların sayı açıqlanıb
20 Avqust 2013 Çərşənbə Axşamı 11:07
Tehsil Nazirliyi bu il birinci sinfe gedecek şagirdlerin sayını açıqlayıb.
ANS PRESS-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

Xatırladaq ki, indiyədək 600 nəfərdən yuxarı uşaq vaxtından əvvəl birinci sinfə qəbul üçün müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar