"Bəzi müəllimlər cəzalandırılıb"
15 Aprel 2011 Cümə 16:40
BDU-nun rektoru hüquq fakültəsinin testlərində bəzi nöqsanların üzə çıxdığını bildirib
“Bakı Dövlət Universitetində neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər öz nəticəsini verir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu həftənin əvvəlində hüquq fakültəsi tələbələrinin əksəriyyəti imtahandan aşağı qiymət və ya 2 alıb, rektorluq tərəfindən testlər yoxlandıqda, bəzi nöqsanlar üzə çıxıb: “Göstəriş vermişdim ki, birinci kurs tələbələri üçün sadə testlər olsun. Amma yoxlayanda gördük ki, test sualları orta səviyyədən yuxarıdır. O müəllimlər cəzalandırıldılar. Kafedra müdirlərinə xəbərdarlıq etdik. Həmin testləri təqdim edən “Məntiq” və “Azərbaycan dövlət hüquq tarixi” fənnini tədris edən müəllimlərin müqavilələrə xitam veriləcək”.

A. Məhəmmərov qiyabi şöbədə və ikinci ali təhsildə onu narahat edən məqamların olduğunu da vurğulayıb. Ötən bir neçə ay ərzində hüquq fakültəsində bir kafedra müdirinin işdən çıxarıldığını, bir kafedra müdirinə xəbərdarlıq verildiyini söyləyən rektor artıq həyata keçirilən proflaktik tədbirlərin nəticə verdiyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar