Bəzi ali məktəblərdə təhsil haqları artırılacaq
29 Aprel 2011 Cümə 13:21
Misir Mərdanov bu artımın nə qədər olacağının hələlik bilinmədiyini deyib.
2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağı gözlənilir. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu artımın nə qədər olacağı hələlik bilinmir. Amma nazir belə hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır.

M. Mərdanov Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələnin nəzərə alınacağına ümid etdiyini deyib.
M. Mərdanov onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar