BDU-nun rektoru Abel Məhərrəmov Latviya səfirini qəbul edib
03 May 2011 Çərşənbə Axşamı 15:04
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi qəbul edib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən xidmətindən APA-ya verilən məlumata görə, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edən rektor Latviyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin həyata keçirilməsinin, tələbə-müəllim mübadiləsinin mümkün olduğunu deyib.
1921-ci ildə Latviyanın müstəqillik qazandığı vaxt Azərbaycanın ilk olaraq Latviya xalqını bu münasibətlə təbrik etdiyini xatırladan səfir H. Baumanis isə Azərbaycan və Latviya arasında sıx əlaqələrin olduğunu bildirib. Latviya Dövlət Universitetinin BDU ilə oxşar tarixinin olduğunu, onun da 1919-cu ildə yarandığını diqqətə çatdıran səfir, Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
BDU-da bir sıra mərkəzlərin olduğunu xatırladan rektor Abel Məhərrəmov isə gələcəkdə Baltik Mərkəzinin də açılacağını bəyan edib.
Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Latviya Dövlət Universitetinin rektoru Martsis Auzeniş BDU-nun qonağı kimi Azərbaycana səfəri nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: