Başqasının yerinə imtahan verməyə çalışan şəxs zaldan çıxarılıb
11 İyul 2011 Bazar Ertəsi 12:45
I qrup üzrə 60 nəfər imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub.
2011-ci ildə I qrup üzrə ərizə vermiş 33587 abituriyentdən 937 nəfəri imtahana gəlməyib. Tələbə Qəbulu üzrə Dğvlət Komissiyasının rəsmi saytında olan ilkin statistik məlumatlara görə, abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. Onlardan 1 nəfəri başqasını əvəzinə imtahan verməyə cəhd etdiyinə görə, 2 nəfər imtahana mobil telefonla keçməyə cəhd etdiyi üçün, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürdüklərinə, köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub.

İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar