"Bank of Azerbaijan"dan təhsilə dəstək
02 İyul 2010 Cümə 17:05
Bank BDU-nun ən yaxşı məzunlarına xüsusi hədiyyələr təqdim edib.
Bakı Dövlət Universitetində “Bank of Azerbaijan”ın dəstəyi ilə “Məzun Günü” keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbiri universitetin əsas binasının qarşısında rektor, akademik Abel Məhərrəmov açıb. Rektor məzun adını qazanmış bütün tələbələri təbrik edib və universitetin 16 fakültəsinin ən uğurlü 35 tələbəsinə diplom, həmcinin “Bank of Azerbaijan” tərəfindən hazırlanmış xüsusi hədiyyələri təqdim edib.

Tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edərək məzunlara uğurlar arzulayıb, gələcək işlərində müvəffəqiyyətlər diləyib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin məzunu Lamiyə Hüseynova bütün tələbələr adından universitet andını oxuyub.

Qeyd edək ki, həmin tədbir “Bank of Azerbaijan” Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində həyata keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar