Bala Dili oxucularını sevindirəcək
29 Yanvar 2011 Şənbə 14:55
Bala Dili jurnalının fevral sayı çapdan cıxdı.
"Bala Dili" jurnalının növbəti sayı çapdan çıxıb. ANS PRESS-in məlumatına görə, jurnalın fevral ayı üçün nəzərdə tutulmuş nömrəsi daha maraqlıdır. Redaksiya heyəti 2011-ci ildən uşaqları təkrarlanan rubrikalarla yormamaq üçün müəyyən dəyişikliklər edib.

Hazırda "Bala Dili" dərgisi Azərbaycanda ən çox tirajı olan uşaq jurnalıdır. Deməli, jurnal uşaqların dilindədir, uşaqların sevimli jurnalına çevrilə bilib.

“Bala Dili” jurnalı kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng şəkilli dərgidir. "Bala Dili" və "Elli Boya"dan ibarət komplekt şəkildədir. Oxucularının yaş həddi 3-7 yaş arasındadır. Jurnal balacalara yazmağı, saymağı, hesablamağı, rəsm çəkməyi, diqqətli olmağı öyrədir və eyni zamanda maraqlı nağıllarla, hekayələrlə sevindirir, balaların vaxtının maraqlı keçməsinə səbəb olur. Dərgidəki rəngli şəkillər, maraqlı tapşırıqlar, tapmacalar, şeirlər, yanıltmaclar, əyləncəli oyunlar müasir balaların zövqünə uyğun yazılır, tərtib olunur.

Jurnal 2005-ci ilin may ayından çap edilir. Dərginin müasir uşaqların zövqünə uyğun internet səhifəsi (baladılı.ws) fəaliyyət göstərir. Nağıl və hekayələrlə zəngin saytda səsli nağıllar, yazmağı bilməyənlərə əlifba dərsi, rəsm öyrətmə səhifəsi, rəngləmə, qalereya, müsabiqələr, oyunlar və başqa uşaqları sevindirən səhifələr var.

Qış ayı olduğundan jurnalgn fevral sayında uşaqlar üçün qış nağılı yazılıb. Rus xalq nağılı “Morozko” - yəni “Qış adamı” nağılı şef redaktor - Gülzar İbrahimova tərəfindən tərcümə olunub, nağıllar rubrikasına yerləşdirilib. Digər nağıl isə ilin fəsillərinə aid edilib. Belə bir nağılın yazılmasında məqsəd balacalara ilin fəsillərini tanıtmaq, bilmədiklərini öyrətməkdir.

Jurnaldakı yeniliklərdən ən mühümü odur ki, müsabiqələrin sayı çoxaldılıb və hədiyyə veriləcək qalib sayı artırılıb. Əvvəlki ildə ayda cəmi 3 qalib seçilirdisə, 2011-ci ildə hər ay 30-a qədər qalibin hədiyyə almaq imkanı olacaq.

Abunə olmaq üçün abunəçilərə hər şərait yaradılıb. "ANS Press" Nəşriyyat Evinə zəng etməklə də jurnala abunə olmaq, reklam yerləşdirmək mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar